"Azıx mağarası" tammetrajlı sənədli filmi yaxın günlərdə nümayiş olunacaq
"Azərbaycanın mədəni irsinə səyahət" silsiləsindən növbəti layihə - Azərbaycan tarixinin qədim və sirli qatlarına işıq salan "Azıx mağarası" tammetrajlı sənədli filmi tezliklə tamaşaçılara təqdim olunacaq.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, filmdə Azərbaycanın cənub-qərbində yerləşən Azıx mağarasının qədim tarixdəki yeri bütövlükdə insan növünün yaranması və planetə yayılması kontekstində araşdırılır.
Azıx mağarasının quruluşu, qədim insanlar üçün əhəmiyyəti, orada tədqiqatların başlaması və hazırkı vəziyyəti ətraflı şəkildə izah olunur. Bu məqsədlə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan, həm yerli, həm də əcnəbi alimlərdən alınan müsahibələrdən istifadə edilir.
Ekran işində MONREPOS Arxeoloji Tədqiqatlar Mərkəzinin eksperti Joao Manuel Marreiros, Algarve Universitetinin qədim tarix və arxeologiya mütəxəssisi Eduard Paixao, Britaniyanın Durham Universitetinin arxeoloqu, professor Pol Barri Pettitt, Kanadanın Viktoriya Universitetindən professor April Nouell, Ankara Universitetindən arxeoloq, professor Harun Taşkıran, AMEA-nın baş elmi işçisi, Azıx tədqiqat qrupunun rəhbəri Əjdər Babazadə, eləcə də digər tanınmış mütəxəssislərin Azıx mağarası, onun insanlığın tarixdə oynadığı rol haqqında fikirləri yer alıb.
"Azıx mağarası" tammetrajlı sənədli filmini Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyilə "Alpha Prodüksiyon və Ajans Hizmetleri" şirkəti istehsal edib.
Oxşar xəbərlər
Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video
AMEA: Azıx mağarasında laboratoroji işlərə başlanılıb
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
Türkiyədə Azərbaycan Kinosu Günləri keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
