Expressbankdan sahibkarlar üçün - YENİ MƏHSUL
Sahibkarların etibarlı maliyyə tərəfdaşı Expressbank biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə mikro kredit məhsulunu təqdim edir.
Yeni məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə imkanı yaradır. Qızıl təminatı ilə mikro kredit məhsulu sahibkarların 50 000 AZN-dək vəsait əldə edə bilməsini təmin edir.
Kredit 36 ayadək müddətə təqdim olunur və müştərilər üçün 3 aya qədər güzəşt müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış əldə edə bilirlər.
FİFD: min. 24.07% - maks. 41.60%
Komissiya: 1.5% - 2%
Məbləğ: 500 – 50 000 AZN
Güzəşt müddəti: 3 ayadək
İllik faiz: min. 23% - maks. 29%
Qeyd edək ki, Expressbank 16 filialı ilə fəaliyyət göstərir. Qızıl təminatı ilə mikro kredit və digər xidmətlər ilə bağlı Bankın sizə ən yaxın filialından, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!
Oxşar xəbərlər
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
“Bank Respublika”da mikro kreditlər üzrə FAİZLƏR ƏRİDİ
Yelo Bank-dan mikro bizneslərə bir fəsil güzəşt!
"Rabitəbank"dan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti
"Yelo Bank"dan mikro bizneslərə bir fəsil güzəşt!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
