Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Dövlət bankı Azər Türk Bank səhiyyə sahəsində çalışan şəxslərə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir. Kreditin maksimal məbləği 80 000 manatdır.
Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9%-dir.
Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Bank 24, 36, 48 və 60 ayadək müddətə olan kreditləri, müvafiq olaraq, illik 11,9%,12,9%, 13,9%, 15,9%-lə təklif edir.
Qeyd edək ki, digər banklarda krediti olan səhiyyə işçiləri mövcud olan kredit öhdəliyini Azər Türk Bankda daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə, yəni yeni bir kreditlə əvəz edə bilərlər. Refinans edilən kreditin məbləği 10 000 manatdan yuxarıdırsa xidmət haqqı 0% təşkil edir
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Kampaniya 2026-ci il 30 iyun daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Oxşar xəbərlər
"Azər Türk Bank"dan rabitə və informasiya texnoloqiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb
"Rabitəbank"dan komissiyasız nağd pul krediti
BOKT-lar tərəfindən verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
