Rusiya sabahdan Ermənistandan balıq idxalını qadağan edir
sizinxeber.az xəbər saytı

Rusiya sabahdan Ermənistandan balıq idxalını qadağan edir


İyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalı qadağan ediləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Rusiyaya balıq idxalı ilə məşğul olan əksər yerli şirkətlər yoxlamalardan keçməyib və ya yoxlamadan imtina edib, buna görə də pozuntular aradan qaldırılana qədər sertifikatlaşdırma dayandırılıb.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan meyvə-tərəvəz, gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyunun idxalını və satışını qadağan edib.

Oxşar xəbərlər

Rusiya Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır
Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib
Ermənistanın “Cermuk” mineral suyunun Rusiyaya idxalı yenidən dayandırılıb
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
Azərbaycanda balıq ovu qadağan edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər