"GL Group"un rəhbəri: "Azərbaycan investorlara dünya miqyaslı neft-qaz aktivləri təklif edir"
Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi neft-qaz sektorunda dünya miqyaslı aktivlərə, o cümlədən neft və qaz yataqları, eləcə də gələcəkdə geoloji kəşfiyyat işləri üçün perspektivli yetkin obyektlərə malikdir.
"Sizinxeber.az"un məlumatına görə, bunu "GL Group"un (Azərbaycan) baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov 31-ci Bakı Enerji Forumunda bəyan edib.
"Burada çox böyük imkanlar mövcuddur. Azərbaycanın Orta Dəhlizin mərkəzində strateji mövqeyə malik olması ölkəyə logistika və beynəlxalq təchizat zəncirlərinin üstünlüklərindən səmərəli istifadə etməyə imkan verir. Bundan başqa, Azərbaycan özünü sabit dövlət kimi tanıdıb ki, bu da regionu biznesin inkişafı məqsədilə nəzərdən keçirən investorlar və operatorlar üçün mühüm amildir.
Həmçinin inkişaf etmiş infrastrukturun və şaxələndirilmiş boru kəməri sisteminin mövcudluğunu nəzərə almaq lazımdır. Bu, bütün bazar iştirakçılarının, xüsusilə Azərbaycan bazarına ilk dəfə daxil olan şirkətlərin faydalana biləcəyi əhəmiyyətli üstünlükdür", - A.Zeynalov qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan şirkəti ABŞ, Asiya və Yaxın Şərqdə biznesi genişləndirməyi hədəfləyib
SOCAR: Bakı-Supsa kəməri Qara dənizdəki NEZ-də neft emalı üçün strateji əhəmiyyətini qoruyur
“SOCAR Trading”: Geosiyasi qeyri-sabitlik şəraitində ənənəvi və alternativ enerji arasında balans lazımdır
Bakı logistika və neft ticarəti üzrə mühüm foruma ev sahibliyi edəcək
İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
