Akademik Musiqili Teatrda "Balaca şahzadə" tamaşası nümayiş olunub
sizinxeber.az xəbər saytı

Akademik Musiqili Teatrda "Balaca şahzadə" tamaşası nümayiş olunub


Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində teatrın aktyorları Faiq Mirzəyev (Kral), Əmrah Dadaşov (Pilot), Hüseyn Əlili (Aydın), Rauf Babayev (Kommersant), Ruslan Mürsəlov (Tülkü), Zaur Əliyev (Dərviş), Nuray Məmmədzadə (Qızılgül), Murad Əliyev (Şoumen), həmçinin balet artistləri iştirak ediblər. Balaca şahzadə obrazını isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin övladı Elcan Kəlbiyev canlandırıb.

Qeyd edək ki, əsər 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə səhnəyə qoyulub.

Oxşar xəbərlər

Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub
Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib
Heydər Əliyev Sarayında COP29 çərçivəsində “Oyanış” tamaşası nümayiş etdirilib
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib
Heydər Əliyev Sarayında COP29 çərçivəsində “Oyanış” tamaşası nümayiş etdirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər