SOCAR: Xəzərdə indiyədək araşdırılmamış laylarda neft-qaz axtarırıq
sizinxeber.az xəbər saytı

SOCAR: Xəzərdə indiyədək araşdırılmamış laylarda neft-qaz axtarırıq


SOCAR Xəzər dənizində indiyədək kifayət qədər araşdırılmamış dərin və dayaz laylarda yeni neft-qaz ehtiyatlarının axtarışını aparır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Arzu Cavadova deyib.

Onun sözlərinə görə, şirkət hazırda Orta Xəzər və Cənubi Xəzər hövzələrində bir sıra perspektivli strukturlar üzrə kəşfiyyat işlərini davam etdirir.

Arzu Cavadova bildirib ki, SOCAR yalnız ənənəvi məhsuldar laylarla kifayətlənmir.

“Biz yalnız ənənəvi layları deyil, daha dərin horizontları, eləcə də indiyədək lazımi səviyyədə araşdırılmamış dayaz layları da hədəfləyirik”, – deyə o qeyd edib.

SOCAR rəsmisinin sözlərinə görə, Orta Xəzərdə bir neçə layihə artıq daha inkişaf etmiş mərhələyə çatıb.

O qeyd edib ki, “Qoşadaş” strukturu qazmaya ən yaxın layihələrdən biridir.

Arzu Cavadova əlavə edib ki, şirkət Xəzərdə yeni kəşfiyyat imkanlarının genişləndirilməsi və potensial tərəfdaşların cəlb olunması istiqamətində işləri davam etdirir.

Oxşar xəbərlər

Arzu Cavadova: "SOCAR neft-qaz kəşfiyyatı fəaliyyətlərini sürətləndirir"
SLB və SOCAR Green Kəlbəcərdə geotermal enerji potensialını qiymətləndirir
bp: “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn ilin ortalarında verilə bilər
SLB: Süni intellekt “Bahar” yatağının inkişaf potensialını üzə çıxara bilər
bp-nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər