Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
sizinxeber.az xəbər saytı

Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub


Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan və Serbiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev bu günün önəmindən bəhs edərək vurğulayıb ki, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası Şərqdə ilk dünyəvi və demokratik parlament respublikası olub.

Səfir bildirib ki, son illərdə Azərbaycanla Serbiya arasındakı səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb:

"İqtisadi əməkdaşlığımız uğurla inkişaf edir və daha böyük potensial daşıyır. Mədəni əlaqələr möhkəmlənir. Təhsil, idman, gənclik siyasəti, ailə və gender bərabərliyi sahəsindəki siyasət, ətraf mühitin mühafizəsivə bir çox digər sahələrdə əməkdaşlıq sürət qazanır".

Tədbir mədəni proqramla davam edib. Məşhur serb opera ifaçısı Yasmina Trumbetaş "Koroğlu" operasından Nigarın ariyasını ifa edib. Daha sonra Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifa olunub. Əsər skripkada Katarina Nenadoviç, fortepianoda isə Mina Ristiç Yoniç müşayiət olunub.

Yekunda bu il 120 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri Belqrad Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının üçüncü kurs tələbələri - Tara Kontsuliç və Mariya Boroyeviç tərəfindən Azərbaycan və serb dillərində səsləndirilib. Şeir serb dilinə ADU-nun Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı tərəfindən tərcümə olunub.

Oxşar xəbərlər

Kamil Xasiyev: Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından biridir
Səfir: Son otuz ildə Azərbaycan bütün sahələrdə böyük irəliləyişlər əldə edib
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
Monteneqro, Serbiya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər