Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
sizinxeber.az xəbər saytı

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir


Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır.

“Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib
Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər