Azərbaycanın daha 3 boksçusu Çində keçirilən Dünya Kubokunda mərhələ adlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın daha 3 boksçusu Çində keçirilən Dünya Kubokunda mərhələ adlayıb


Azərbaycanın daha 3 boksçusu Çinin Quyyan şəhərində keçirilən reytinq xarakterli Dünya Kubokunda mərhələ adlayıb.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər veri ki, 55 kq-da Amin Məmmədzadə Paak Yinq Honu (Honkonq) sınağa çəkib.

Azərbaycan təmsilçisi rəqibini 5:0 (30:26, 30:25, 30:24, 30:25, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samandar Olimovla (Özbəkistan) üz-üzə gələcək.

Görüş iyunun 17-də olacaq.

Səidcəmşid Cəfərov (75 kq) da Dünya Kubokuna qələbə ilə başlayıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirəcək.

Döyüş iyunun 19-da olacaq.

Komanda yoldaşlarının uğurunu Alfonso Dominqes (90 kq) də davam etdirib. Dünya çempionu 1/4 finalda Kevin Lebovskini (Almaniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən Dominqes bu mərhələdə İsaak Oko (İngiltərə) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokuna iyunun 21-də yekun vurulacaq.

Oxşar xəbərlər

Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb
Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər