Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib
Elm və Təhsil Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl texnologiya şirkətlərindən biri olan və G42 şirkətlər qrupuna daxil olan "Presight" rəhbərliyi ilə görüş keçirilib.
Elm və Təhsil Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, “Presight” şirkətinin baş icraçı direktoru Tomas Pramotedham və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər.
Görüş çərçivəsində “Presight” şirkəti tərəfindən təhsil sahəsinə uyğunlaşdırılmış və süni intellekt texnologiyalarına əsaslanan innovativ həllər təqdim olunub. Həmçinin tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzularından biri təqdim olunan süni intellekt əsaslı texnoloji həllərin “Rəqəmsal məktəb” platformasının təkmilləşdirilməsində istifadəsi olub.
Görüş iştirakçıları təhsilin rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Oxşar xəbərlər
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb
Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellekt sahələrinə dair sənədlər imzalanıb
Azərbaycanın elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








