Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib
sizinxeber.az xəbər saytı

Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib


Hindistan Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı quru hədəflərini vurmaq üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli uzaqmənzilli LRLACM qanadlı raketini uğurla sınaqdan keçirib.

APA xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaqlar Odişa ştatının Çandipur raket poliqonunda keçirilib.

Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib.

LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçur. Raket Amerikanın “Tomahawk” raketinin analoqu hesab olunur və quru qoşunları ilə hərbi dəniz qüvvələri üçün nəzərdə tutulub.

Hindistan raketinin maksimal uçuş məsafəsi 1500 kilometrə çatır. O, 300 kiloqrama qədər nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilər.

Oxşar xəbərlər

Hindistan "Tomahawk"ın analoqu olan raketi sınaqdan keçirib
Hindistan ilk uzaqmənzilli hipersəs raketini sınaqdan keçirib
Hindistan çoxməqsədli sualtı minanı sınaqdan keçirib
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Britaniya Hərbi Dəniz Qüvvələri gəmi əleyhinə raketini sınaqdan keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər