Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir


Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

APA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin qeyd olunur: “Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmiz insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak edir.

Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti: Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir
Prezidentin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT sənədi kimi yayılıb
FHN-in nümayəndəsi BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin tədbirində iştirak edib
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər