Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkmənistanın sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında yayılıb.
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də şəhərsalma və tikinti sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə olunub:
"Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərinə Türkmənistanın göstərdiyi dəstək yüksək qiymətləndirilib. Füzuli şəhərində inşa edilən məscidin xalqlarımız arasında dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin növbəti təzahürü olduğu vurğulanıb".
🇦🇿🇹🇲 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev (@_anar_guliyev) Türkmənistan Respublikasının sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə görüşüb.
— AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (@arxkom_gov_az) June 22, 2026
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında mövcud olan qardaşlıq və… pic.twitter.com/mZ3sPQxLVn
Oxşar xəbərlər
Azərbaycan ilə Meksika arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Anar Quliyev BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində bir sıra görüşlər keçirib
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi həyatında qadınların payı açıqlanıb
Anar Quliyev: "Vətəndaşların mənzil təminatında genişmiqyaslı dəstək mexanizmləri tətbiq olunub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
