Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
sizinxeber.az xəbər saytı

Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz


Fransa Prezidenti Emmanuel Makron Avropa Şurasının sədri Antonio Koştanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə əlaqələr qurmaq cəhdlərini tənqid edib.

APA xəbər verir ki, Makron bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Koştanın təhlükəsizlik zəmanətləri kimi məsələlərdə üzv dövlətləri təmsil etmək səlahiyyəti yoxdur.

“Danışıqlar başlayanda avropalılar masada əyləşməlidirlər. Səlahiyyətləri çərçivəsində Antonio Koştanın da öz yeri olacaq. Lakin onunla yanaşı digər üzv dövlətlər də iştirak etməlidir. Təhlükəsizlik zəmanətləri kimi gələcək danışıqların əsas elementlərindən biri olacaq məsələlərdə o, digər ölkələri təmsil edə bilməz”, – deyə Makron bildirib.

Fransa liderinin fikrincə, Avropa İttifaqı prinsip etibarilə vasitəçi rolunu oynaya bilməz, çünki birlik Ukraynaya dəstək verir və Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Makron hesab edir ki, Avropa ölkələri ABŞ-ın təşəbbüsü ilə aparılan danışıqlara qoşulmalıdır.

O, həmçinin Vaşinqtonun mövqeyində dəyişiklik baş verdiyini qeyd edib və bildirib ki, ABŞ administrasiyası artıq “Aİ-nin tərəfində olduğunu, Ukraynanı dəstəklədiyini və ona yardımı artırmağa, həmçinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu” bəyan edir.

Oxşar xəbərlər

Makron: Ukrayna probleminin tez və asan həlli yoxdur
Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq
Fransa Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Makron: Aİ kosmosda müdafiə sahəsində güclənməlidir
Makron: Hörmüz boğazında hərbi yerləşdirmə planlaşdırılmır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər