Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
sizinxeber.az xəbər saytı

Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır


Gürcüstan hökuməti əcnəbilərin vahid reyestrini yaratmağı planlaşdırır.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze parlamentin Hüquqi məsələlər üzrə komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, vahid reyestr Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında yaradılacaq.

Nazir müavini qeyd edib ki, reyestr hər bir xarici vətəndaşın Gürcüstana girişinə, onların xidmətlərdən istifadəsinə nəzarəti, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizəni daha effektiv həyata keçirməyə imkan verəcək.

Oxşar xəbərlər

Gürcüstanın sabiq nazir müavini 10 il müddətinə həbs olunub
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
Gürcüstanda Ədliyyə Nazirliyinin 500-dən çox əməkdaşı Aİ-yə qoşulma prosesini dayandırmasını qınayan bəyanat imzalayıb
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər