Din xadimi: "Naxşıvandakı tədbir milli-mənəvi dəyərlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək"
sizinxeber.az xəbər saytı

Din xadimi: "Naxşıvandakı tədbir milli-mənəvi dəyərlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək"


"Bu gün biz qədim diyar olan Naxçıvan şəhərindəyik. Burada Türkiyənin müxtəlif vilayətlərindən, həmçinin Gürcüstandan gəlmiş soydaşlarımız – din xadimləri ilə birlikdəyik. Bu gün bir daha şahid oluruq ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi və dini dəyərlərə sadiq qalmasına yönələn siyasət öz bəhrəsini verir. Bunun nəticəsidir ki, biz bu gün Naxçıvanda birlikdə ibadət edirik".

Bu sözləri jurnalistlərə müsahibəsində Səbail rayonu "Şəhidlər" məscidinin imamı Şaiq Əliyev deyib.

O qeyd edib ki, Naxçıvan şəhərində yerləşən Kazım Qarabəkir Paşa məscidi də qədim vəhdət rəmzlərindən biridir: "Bugünkü ziyarətlərdən sonra səfərin davamı olaraq sabah keçiriləcək konfransda da iştirak edəcəyik. Bu tədbirlər milli-mənəvi və dini dəyərlərimizin qorunmasına, həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın bu dəyərlərə daha sıx bağlanmasına xidmət edir".

"Ümid edirəm ki, belə tədbirlər böyük amalımıza töhfə verəcək və bu gün, eləcə də gələcəkdə keçirilən bütün görüşlər dövlət siyasətimizin və milli-mənəvi dəyərlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək",–deyə Şaiq Əliyev əlavə edib.

Oxşar xəbərlər

Türkiyə və Gürcüstan din xadimlərinin Naxçıvana səfəri başlayıb - FOTOLENT
Türkiyənin Azərbaycandakı səfiri: Kədərli və sevincli anlarda birlikdə olmağı bizə Ulu Öndər Heydər Əliyev öyrədib
Türkiyə səfiri: Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır
Türkiyənin baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir
Din xadimi: Azərbaycan müsəlmanlar arasında həmrəyliyin gücləndirilməsi sahəsində nümunə göstərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər