Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul teleqram kanalında bildirib.
"Mülki infrastruktur obyektinə zərbə endirilib. Təəssüf ki, 3 nəfər həlak olub. Hazırda yaralıların sayı 19-a çatıb, onlardan beşi ağır vəziyyətdədir ", - o deyib.
Vilkul bildirilib ki, Rusiya şəhərə ballistik raketlərlə hücum edib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja bildirib ki, Krivoy Roqa raket zərbəsi nəticəsində sənaye infrastrukturu zədələnib.
Onun sözlərinə görə, bir neçə yanğın baş verib və onlar xilasedicilər tərəfindən operativ şəkildə söndürülüb. İstismar olunmayan bina, ekskavator və avtomobil zədələnib.
Qanja əlavə edib ki, 30 və 39 yaşlarında iki yaralı kişi ağır vəziyyətdə, 62 yaşlı qadın isə son dərəcə ağır vəziyyətdədir.
Oxşar xəbərlər
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var
Rusiyanın Krivoy Roqa endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 50-dən çox yaralı var
Dnepropetrovska endirilən zərbələr nəticəsində altı nəfər həlak olub
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Zelenski: Rusiyanın Krivoy Roqa zərbəsi beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
