Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.
"Report" xəbər verir ki, bu münasibətlə komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezidentin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb. Komitənin əsas fəaliyyət istiqamətləri dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərmək, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək, dini etiqad sahəsində maarifləndirmə işi aparmaq, dini qurumların dövlət qeydiyyatını həyata keçirmək, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasını aparmaq, habelə yayılmasına müvafiq nəzarəti həyata keçirməkdir.
Dövlət Komitəsinin tabeliyində Prezident İlham Əliyevin müvafiq Sərəncam və Fərmanları ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci fəaliyyət göstərir.
Oxşar xəbərlər
Avropa Paralimpiya Komitəsinin prezidenti Azərbaycana səfər edib
XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət edib
Türkiyə Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
