ASA: Bu il sığorta bazarı 10 %-dən çox böyüyəcək
Bu il Azərbaycanda sığorta haqlarının 1,4 milyard manatdan çox olacağı proqnozlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.
"Bu da ötən illə müqayisədə 10 %-dən çox artım deməkdir", - deyə o qeyd edib.
E.Mirsalayev xatırladıb ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sığorta sektoru üçün böyümə hədəfi 10 % müəyyən edilib: "Sektor olaraq artıq 2-ci ildir ki, bu hədəf minimumunu üstələyirik. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 %, 2023-cü ildə isə 26 % olub".
"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası”ndan irəli gələn və növbəti dövr ərzində həyata keçirilməsi planlaşdırılan məqamların nəticəsi olaraq ölkəmizdə sığorta xidmətlərindən istifadə üzrə penetrasiyanın 3 dəfəyə qədər artmasını, sığorta yığımlarının ÜDM-də payının 5 %-ə yüksəldilməsini hədəfləyirik", - deyə o qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
Oxşar xəbərlər
ASA: "Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə Azərbaycanın stendi olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasına 55 milyard manat lazım olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ASA: Türk Dünyası Sığorta Birliyi yenidən formalaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə rəsmisi: "İnflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












