Azər Əmiraslanov: Paytaxtın köçürülməsi rasional hesab edilmir
sizinxeber.az xəbər saytı

Azər Əmiraslanov: Paytaxtın köçürülməsi rasional hesab edilmir


Bəzi hallarda paytaxtın köçürülməsi ilə əlaqədar fikirlər, təkliflər səsləndirilir, lakin bu, rasional hesab edilmir.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Regional məsələlər komitəsi tərəfindən keçirilən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda konfransda deyib.

Komitə sədrinin fikrincə, paytaxtı dəyişmək əvəzinə, regionların inkişafı üçün mühüm addımlar atılmalıdır.

"Düzdür, hazırda regionlarda iqtisadi inkişaf ləng gedir. Amma bununla bağlı geniş sənəd hazırlanır. Əminəm ki, bu sənəd iqtisadi inkişafa böyük töhfə verəcək", - o vurğulayıb.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Azər Əmiraslanov: "Qeyri-dövlət sektorunun məşğulluqda payı 79,1 %-ə çatıb"
Azər Əmiraslanov: "İqtisadi meyillər müsbətdir"
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Azər Əmiraslanov: "Azərbaycanda xidmət sektoru məşğulluğun artırılması üçün əsas potensial sahələrdən biridir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər