Kiyev hərbi administrasiyası: Rusiyanın hücumu nəticəsində 5 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Kiyev hərbi administrasiyası: Rusiyanın hücumu nəticəsində 5 nəfər həlak olub


Kiyev hərbi administrasiyasının rəsmisi Katerina Pop Rusiyanın ötən gecə Ukrayna paytaxtına raket hücumu nəticəsində 5 nəfərin həlak olduğunu bildirib.

"Sizinxeber.az"un Şərqi Avropa bürosuna danışan K.Popun sözlərinə görə, ilk olaraq dörd nəfərin həlak olduğu deyilsə də, beşinci şəxs xəstəxanada dünyasını dəyişib.

"Zərərçəkənlərin sayına gəlincə, bizdə hazırda 35 nəfər yaralanıb. Onlardan təxminən 13-ü paytaxtın tibb müəssisələrində yerləşdirilib. Zərərçəkənlər arasında beş və altı yaşında iki uşaq da var".

K.Pop vurğulayıb ki, hücum nəticəsində Kiyevin hər 10 rayonunda yaşayış binalarında və mülki infrastrukturda yanğınlar, dağıntılar və zədələnmələr qeydə alınıb.

"Hazırda ən çox zərər Obolon, Şevçenko, Peçersk və Solomyansk rayonlarına dəyib. Düşmən yaşayış binalarını, çoxmənzilli yaşayış binalarını zədələyir, həmçinin düşmən fərdi yaşayış tikililərini, təhsil müəssisələrini, sosial müəssisələri zədələyir. Bu gün düşmən xristianlığın müqəddəs yerini zədələyib, məhz Kiyevo-Peçersk Lavrasına ziyan vurulub. Bu bizim insanları çox sarsıdıb".

Oxşar xəbərlər

Katerina Kop: Kiyevə Rusiyanın hücumu nəticəsində 17 çoxmənzilli yaşayış binası dağıdılıb
Rusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub
Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində ölənlərin sayı beşə çatıb
Kiyevə raket hücumu - ölən və yaralananlar var
Rusiya Kiyevə raket zərbələri endirib, 6 nəfər ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər