Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.
Onun sözlərinə görə, Azərbaycan enerjiyə keçid imkanlarından istifadə etmək istəyir: "Biz ilkin olaraq 2030-cu ilə qədər bərpa olunan mənbələrin quraşdırma gücündə payının 30 %-ə çatdırılmasını hədəfləyirdik. Ancaq indiki keçid tempini saxlayaraq, 2030-cu ilə qədər 35 %-ə, 2035-ci ilə qədər isə 40 %-ə çatacağıq.
Bərpa olunan enerji layihələri çərçivəsində təqribən 2,5 milyard ABŞ dolları investisiya qoyuluşu proqnozlaşdırılır. Biz 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsalı hədəfinin reallaşdırılmasını və bunun 5 giqavatının üç yaşıl interkonnektor Xəzər dənizi-Qara Dəniz-Avropa, Azərbaycan-Mərkəzi Asiya-Avropa və Azərbaycan-Türkiyə-Avropa vasitəsilə ixrac etməyi planlaşdırırıq. Həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji" zonalarını işə salmışıq. bu da ümummilli enerjinin xalis sıfıra keçidi üçün əsas olacaq".
Oxşar xəbərlər
Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji sektorunda istifadəyə veriləcək gücü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Filippe Metzger: "2030-cu ilədək dünyada bərpa olunan enerji istehsalı 10 dəfə artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












