Cavid Abdullayev: "Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi qarşısıalınmaz bir hala gəlib”
Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi sürətlənib və bu, qarşısıalınmaz bir hala gəlib.
"Report"un Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu gün Qəbələ rayonunda "Savalan" şərab zavodunun ərazisində istifadəyə verilən hər birinin gücü 150 kVt/saat olmaqla 3 ədəd Savalan Günəş Elektrik Stansiyasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə birgə bir neçə layihə həyata keçirilir: "Artıq bir neçə günəş enerji layihələri istifadəyə verilib. Üzümüzə gələn dövrdə yeni külək enerji stansiyası istismara veriləcək. Artıq bu stansiyanın turbinləri Bakıya gətirilib".
C. Abdullayev bildirib ki, bundan başqa, daha böyük meqalayihələr var ki, onlar da qarşıdakı illərdə istifadəyə veriləcək: "Sevindirici haldır ki, bütün bu layihələrin istifadəyə verilməsində dövlət tərəfindən vəsait ayrılmayıb və yalnız özəl investisiya hesabına həyata keçirilib. “Yaşıl enerji”yə keçid prosesində özəl sektora önəm verilməsi təqdirəlayiq haldır".
O vurğulayıb ki, bu baxımdan bu gün Qəbələ rayonunda hər birinin gücü 150 kVt/saat olmaqla 3 ədəd günəş elektrik stansiyasının istifadəyə verilməsi çox önəmli məsələdir: "Dövlət tərəfindən bərpa olunan enerjinin inkişafı üçün bütün qanunvericilik bazası var və bütün imkanlardan istifadə edilir.
İnanıram ki, bu gün Qəbələdə istifadəyə verilən günəş elektrik stansiyalarının tikintisi layihəsi bərpa olunan enerjinin inkişafında böyük əhəmiyyət kəsb edəcək və bu layihənin səsi dünyadan gələcək".
Oxşar xəbərlər
Prezident: "Erməni işğalından azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək"
Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
Neftçalada günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı hazırlıq görüşü olub
"Masdar" şirkətinin baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













