Koordinasiya Şurasında Eqmont Qrupunun plenar iclasına hazırlıq müzakirə olunub
Cari ilin 11 iyun tarixində Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Bu barədə Sizinxeber.az-ya Nazirlər Kabinetindən xəbər verilib.
Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov 2026-cı il 5–10 iyul tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təsdiq edilmiş İş planının icra vəziyyəti Koordinasiya Şurasının və aidiyyəti dövlət orqanlarının diqqət mərkəzindədir.
İclasda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti tərəfindən 2023-cü və 2024-cü illər üzrə aparılmış effektivlik üzrə özünüqiymətləndirmə hesabatından irəli gələn məsələlər üzrə aidiyyəti dövlət orqanlarının gördüyü işlər barədə Koordinasiya Şurası üzvlərinin təqdim etdiyi məlumatlar dinlənilmiş və müzakirə edilib.
Eyni zamanda, “Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi” hesabatı Koordinasiya Şurası tərəfindən təsdiq edilib və Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilib.
Oxşar xəbərlər
Koordinasiya Şurasının iclasında Avropa Şurası MONEYVAL Komitəsinin tərəqqi qiymətləndirməsinə hazırlıq müzakirə olunub
Samir Şərifova yeni vəzifə verilib
Avropa Şurası MONEYVAL Komitəsinin tərəqqi qiymətləndirməsinə hazırlıq müzakirə olunub
Azərbaycanda cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişib
Samir Şərifova yeni vəzifə həvalə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
