ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
sizinxeber.az xəbər saytı

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi


Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 milyon 846,1 min manat təşkil edib. Bu da təklif olunan ümumi emissiya həcmindən təxminən 2 dəfə çoxdur.

İllik 9 % gəlirlilik təklif edən 1 illik istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 9 milyon 087,9 min manat olub. Bu buraxılış üzrə abunə yazılışında 227 investor iştirak edib, 428 sifariş təqdim olunub və onlardan 425-i icra edilib. Nəticədə 224 investorun sifarişi təmin olunub.

İllik 10 % gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 10 milyon 758,2 min manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, 398 sifariş təqdim olunub və onlardan 392-i icra edilib. Nəticədə 175 investorun sifarişi uğurla təmin olunub.

Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.

ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.

ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da mühüm töhfə verir.

ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının qrafiki ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Oxşar xəbərlər

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələyib
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 408 investor maraq göstərib
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
ABB-nin istiqrazlarına 500-dən çox investor maraq göstərib
ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər