Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək
sizinxeber.az xəbər saytı

Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək


NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək.

Rusiya mediasının xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın ölkə ərazisində keçirilən “Qartal tərəfdaş-2026” beynəlxalq hərbi təlimlərində iştirakına münasibət bildirərkən deyib.

O bildirib ki, NATO ilə manevrlər təəssüf doğurur, çünki məqsəd aydındır – Ermənistanı Rusiyanın simasında ənənəvi müttəfiqdən uzaqlaşdırmaq.

Zaxarovanın sözlərinə görə, bu cür təlimlər artıq birinci il deyil ki, keçirilir və sistemli xarakter alıb.

O, təlim zamanı məhz Rusiyanın ehtimal olunan düşmən kimi qəbul edildiyini və bunun NATO-nun doktrinal sənədlərində təsbit olunduğunu vurğulayıb.

“Erməni hərbçilərə Rusiyaya qarşı döyüşməyi öyrədəcəklər. Bir vaxtlar bunu təsəvvür etmək belə mümkün deyildi”, - rusiyalı diplomat əlavə edib.

Oxşar xəbərlər

Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Rəsmi Moskva: Dnestryanıya hücum Rusiyaya qarşı törədilmiş sayılacaq
Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından danışıb
NATO Baş katibi: Pxenyanın Rusiyaya ordu göndərməsi müharibə arealını genişləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər