Yanvar-may aylarında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib
sizinxeber.az xəbər saytı

Yanvar-may aylarında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan 6700 şəxsi 281 min reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, reabilitasiya vasitələrindən 652-si təkərli oturacaq (o cümlədən 13-ü mühərrikli təkərli oturacaq), 977-si aşağı və yuxarı ətraf protezi, 1700-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3310 cüt protez və ortopedik ayaqqabı, 545 eşitmə aparatı, 110 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bildirilib ki, reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Oxşar xəbərlər

Əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib
Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib
Ötən il əlilliyi olan şəxslər 97 min reabilitasiya vasitəsi ilə təmin edilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər