Yasser Alaki: "IsDB Azərbaycan şirkətlərinin süni intellekt layihələrinə maliyyə dəstəyi verməyə hazırdır"
sizinxeber.az xəbər saytı

Yasser Alaki: "IsDB Azərbaycan şirkətlərinin süni intellekt layihələrinə maliyyə dəstəyi verməyə hazırdır"


İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycana süni intellekt sahəsində maliyyə baxımından yardım göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin rəhbəri Yasser Alaki jurnalistlərə açıqlamasında bildirb.

O qeyd edib ki, süni intellekt yalnız Azərbaycan üçün deyil, bütövlükdə qlobal miqyasda əhəmiyyət daşıyır: "Bu, hər birimiz üçün yeni bir sahədir. Biz hamılıqla birgə hansı addımları ata biləcəyimizi müəyyənləşdirməyə çalışırıq. Buna görə də, əgər Azərbaycan şirkətləri süni intellekt ilə əlaqədar müəyyən təşəbbüslər və ya proqramlar həyata keçirirlərsə, biz maliyyə nöqteyi-nəzərindən onlara dəstək verməyə hazırıq".

Oxşar xəbərlər

ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər