İqtisadiyyat naziri: "Layihələr mərkəzləşdirilmiş yanaşma üzərində qurulmamalıdır"
sizinxeber.az xəbər saytı

İqtisadiyyat naziri: "Layihələr mərkəzləşdirilmiş yanaşma üzərində qurulmamalıdır"


Azərbaycan və İsDB qarşıya qoyulan məqsədlərin icrasının qiymətləndirilməsi üçün kollektiv və sektorial əsasda əsas fəaliyyət göstəricilərinin (KPI) tətbiqini fəal şəkildə təşviq edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bankın 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Nazir bildirib ki, ölçülə bilən, aydın və şəffaf göstəricilər layihələrin nəticələrinin obyektiv qiymətləndirilməsinə imkan yaradır: "Erkən mərhələdən müəyyən olunan KPI-lər icranın uğurunu ölçmək üçün neytral və anlaşılan meyarlar formalaşdırır. Eyni zamanda, onlar layihələrdən maksimum səmərə əldə olunmasına kömək edən motivasiyaedici mühit yaradır".

M. Cabbarov vurğulayıb ki, layihələrin icrası mərkəzləşdirilmiş yanaşma üzərində qurulmamalıdır: "Layihələr hansısa tərəfin iradəsi və ya imkanları hesabına deyil, inkişafı təşviq edən mexanizmlər kimi formalaşdırılmalıdır. Bu baxımdan özəl sektorun iştirakı və özəl sektor layihələri ən uyğun modeldir. Dövlət və beynəlxalq maliyyə institutları tərəfindən həyata keçirilən layihələrdə özəl sektorun fəal iştirakı uzunmüddətli və dayanıqlı nəticələrin əldə edilməsinə imkan verir".

Oxşar xəbərlər

Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"
Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə üç aktiv investisiya fondu yaradıb"
Mikayıl Cabbarov: "Qarabağın bərpasına ÜDM-in 3 %-i qədər yatırım edilir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər