WSJ: ABŞ-nin bir neçə ştatının baş prokurorları "OpenAI" ilə bağlı araşdırmalara başlayıb
sizinxeber.az xəbər saytı

WSJ: ABŞ-nin bir neçə ştatının baş prokurorları "OpenAI" ilə bağlı araşdırmalara başlayıb


ABŞ-nin bir neçə ştatının Baş Prokurorlar Koalisiyası "ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" ilə bağlı araşdırmaya başlayıb.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, 12 iyunda şirkət daxili siyasəti, reklam fəaliyyəti, istifadəçi məlumatlarının emalı, dərin öyrənmə modelləri və yetkinlik yaşına çatmayanlar, yaşlılarla iş ilə bağlı sənədlərin tələb olunduğu çağırış vərəqəsi alıb.

"OpenAI"ın nümayəndəsi qəzetə bildirib ki, şirkət ştatların baş prokurorları tərəfindən qaldırılan narahatlıqları ciddiyə alır və hakimiyyət orqanları ilə konstruktiv şəkildə əlaqə saxlamağa hazırdır.

İstintaqla bağlı hələlik əlavə təfərrüatlar açıqlanmır.

Oxşar xəbərlər

“OpenAI” “ChatGPT”ni inkişaf etdirməklə illik gəlirini 10 milyard dollara çatdırıb
"OpenAI"nin öz brauzeri olacaq
“Bloomberg”: “OpenAI” “Chrome”u almaq istəyir
"OpenAI" ABŞ Qiymətli Kağızlar Komissiyasına IPO üçün gizlicə ərizə təqdim edib
“OpenAI” "Chrome" brauzerini almaqda maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər