İslam İnkişaf Bankı (IsDB) Qrupunun 14-cü Gənclər İnkişafı Forumu Bakıda baş tutub
Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Birgə Regional Rifaha Təkan Vermək" mövzusu altında 14-cü Gənclər İnkişafı Forumu keçirilib.
"Report" bu barədə IsDB-yə istinadən xəbər verir.
Məlumata görə, forum daha güclü regional əməkdaşlığın gənclərin məşğulluğunun, sahibkarlıq, mobillik, innovasiya və dayanıqlı inkişafınının necə irəliləyə biləcəyini araşdırıb.
Tədbirin açılışında çıxış edən IsDB-nin Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin direktoru İdrissa Dia dayanıqlı inkişafın irəliləməsində və IsDB-yə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində gənclərin rolunun vacibliyini vurğulayıb.
Azərbaycan maliyyə nazirinin birinci müavini Anar Kərimov gənclərə investisiya qoyuluşunun bir ölkənin edə biləcəyi ən strateji sərmayələrdən biri olduğunu vurğulayaraq, təhsilin, bacarıqların inkişafının və regional əməkdaşlığın gələcək nəsillərin tam potensialının açılmasında əsas rol oynadığını qeyd edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov isə öz növbəsində gənclər üçün imkanların genişləndirilməsində və uzunmüddətli milli inkişafın dəstəklənməsində təhsilin, sahibkarlığın və regional əməkdaşlığın rolunu diqqətə çatdırıb.
Ev sahibi ölkə adından çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclərin innovasiya, bacarıqların inkişafı və beynəlxalq əməkdaşlıq vasitəsilə gücləndirilməsinin dayanıqlı rifaha nail olmaq, regional əlaqələndirməni artırmaq üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
"Sərhədsiz Gənclər: Gənclərin Gücləndirilməsi üçün Katalizator Olaraq Regional Əməkdaşlıq" adlı yüksək səviyyəli panel müzakirəsində ADA Universitetinin əlavə professoru və Dünya Bankının baş məsləhətçisi Ramil Məhərrəmov, Avropa Gənclər Parlamenti Azərbaycanın Nəzarət Şurasının üzvü və NAYORA-nın sədr müavini Güldanə Dadaşova, "SABAH.HUB"ın həmtəsisçisi və baş icraçı direktoru və SABAH Fondunun həmtəsisçi baş tərəfdaşı Rəhim Bayramlı və beynəlxalq gənclər və gender eksperti, Gender Hub Azərbaycanın təsisçisi və COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidova iştirak ediblər.
Panelin iştirakçıları gənclərin rəhbərlik etdiyi biznesləri dəstəkləyən, bilik mübadiləsini asanlaşdıran və gənc sahibkarların transsərhəd ticarət və rəqəmsal iqtisadiyyatlarda iştirakı üçün imkanları genişləndirən daha güclü regional əməkdaşlıq çərçivələrinə ehtiyacı vurğulayıblar. Müzakirələrdə həmçinin regional əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsində gənclərin təmsil olunmasının vacibliyi qabardılıb.
Forum gəncləri gücləndirilən və dayanıqlı regional inkişafa töhfə verən genişləndirilə bilən həllərin hazırlanması üçün hökumətlər, inkişaf qurumları, akademiya, özəl sektor və gənclər təşkilatları arasında daha güclü əməkdaşlığa çağırışla yekunlaşıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"
İdrissa Dia: "Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"
Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
