Hesablama Palatası: Büdcə vəsaitlərinin istifadəsinə dair hesabatlarda kənarlaşmalar müəyyən olunub
2025-ci ildə Azərbaycanda icra olunmuş dövlət büdcəsi xərclərinin 86,3 %-ni əhatə edən hesabatlar üzləşdirilməklə təhlil edilib, büdcə
vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə bəzi hallarda kənarlaşmalar müəyyən olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, ötən illərdə olduğu kimi, 2025-ci il dövlət büdcəsi vəsaitlərinin istifadəsi ilə bağlı Baş Kredit sərəncamçılarının təqdim etdiyi hesabatlar təhlil edilib. Dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 170-dən çox qurum (istiqamət) üzrə 33,3 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər (qurumlar tərəfindən təqdim edilən bank hesablarından çıxarış, arayış və s.) nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 86,3 %-ni təşkil edir. Təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 1,2 milyard manat artıb.
Analitik prosedurlar əsasında qurumlar tərəfindən büdcə təşkilatlarının vəsaitlərinin icrası ilə bağlı təqdim olunan hesabatların müvafiq icra hakimiyyəti orqanının hesabatları ilə müqayisəsi həyata keçirilib.
Hesabat ilində ilk dəfə olaraq dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə rəy verilməsilə bağlı Hesablama Palatasının vəzifəsinin icrası istiqamətində müvafiq sistem vasitəsilə əldə edilən hesabat və məlumatlar 100-dən artıq meyar əsasında qiymətləndirilib.
Aparılan ilkin təhlillər nəticəsində bəzi kənarlaşma və risklər, o cümlədən bəzi hallarda inzibati təsnifat üzrə icra edilmiş xərc məbləğinin həmin qurum tərəfindən təqdim edilən göstəricilərlə uzlaşmadığı müəyyənləşdirilib. Təhlillər nəticəsində aşkar edilmiş faktlarla bağlı müvafiq qurumlara arayışlar təqdim edilib:
Ümumilikdə aşkar edilmiş fərqlər bir sıra səbəblərlə bağlı olub. Belə ki:
"2025-ci il dövlət büdcəsi haqqında" 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi ilə bağlı ölkə Prezidentinin 27 dekabr 2024-cü il tarixli fərmanının tələblərinə baxmayaraq, bir sıra qurumlar üzrə nəzərdə tutulmuş vəsaitlərin icrası həmin qurum tərəfindən deyil, tabeliyində olan baş kredit sərəncamçıları tərəfindən icra edilib, lakin hesabatlılıqda yuxarı qurumun xərcləri kimi göstərilib;
bəzi qurumlar tərəfin icra edilmiş vəsaitlər barədə tam və vaxtında hesabatlılıq təmin edilməyib, hesabatların doldurulmasında xətalara yol verilib;
bəzi qurumlar tərəfindən xərc məbləğində digər mənbələrdən icra olunan vəsait daxil edilib.
Oxşar xəbərlər
Hesablama Palatası Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə kənarlaşmalar aşkarlayıb
Vüqar Gülməmmədov: "Ötən il büdcə gəlirlərinin 97%-i təhlillə əhatə olunub"
Hesablama Palatası: Məqsədli fondlara dair qanuna dəyişikliklər büdcənin icrasında nəzərə alınmayıb
Hesablama Palatası: Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb
Hesablama Palatası: Fiskal qanunvericilikdə dəyişikliklər zəruridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
