Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO
sizinxeber.az xəbər saytı

Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO




2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.


Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, iyunun 13-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbində, Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd tam orta məktəblərində, həmçinin Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində “Son zəng” tədbirləri təşkil olunub.


Bildirilib ki, Ağdam şəhərində, eləcə də Xıdırlı və Kəngərli kəndlərində məskunlaşmadan sonra ilk dəfə “Son zəng” tədbirləri keçirilib.


Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıblar.


Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edərək məzunlara xoş arzularını çatdırıblar.

Tədbirlər bədii proqramlar və məzunların çıxışları ilə davam edib.

Oxşar xəbərlər

İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib
Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
34 il sonra Şuşada “Son zəng” çalınıb
Xankəndidə 37 ildən son zəng çalınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər