Ədib Əl-Aama: 2025-ci ildə ITFC-nin ticarət maliyyələşdirməsi üzrə təsdiqləri 9,35 mlrd. dollara çatıb
sizinxeber.az xəbər saytı

Ədib Əl-Aama: 2025-ci ildə ITFC-nin ticarət maliyyələşdirməsi üzrə təsdiqləri 9,35 mlrd. dollara çatıb


Ticarət maliyyəsi müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir və qeyri-müəyyənlik dövründə onun əhəmiyyəti daha da artır.

Sizinxeber.az xəbər verir ki, bunu Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru (CEO) Ədib Əl-Aama Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupu (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində etdiyi çıxışı zamanı deyib.

O bildirib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənlik və dəyişkənlik artdığı bir dövrdə ticarət maliyyəsinə tələbat yüksəlir:
“Ticarət maliyyəsi müasir iqtisadiyyatın qan dövranı kimidir. Xüsusilə enerji sahəsində qeyri-müəyyənliyin artdığı dövrlərdə bunun əhəmiyyəti daha aydın görünür”.

Əl-Aama qeyd edib ki, 2025-ci il ITFC üçün mühüm nəticələrlə yadda qalıb:
“2025-ci ildə ITFC-nin ticarət maliyyələşdirilməsi üzrə təsdiqləri 2024-cü illə müqayisədə təxminən 30 faiz artaraq 9,35 milyard ABŞ dollarına çatıb”.

O bildirib ki, bu maliyyənin böyük hissəsi İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələr arasında ticarətin dəstəklənməsinə yönəlib:
“2025-ci ildə 9,35 milyard dollarlıq maliyyələşmənin 8 milyard dolları OIC ölkələri arasında ticarətə ayrılıb”.

ITFC rəhbəri vurğulayıb ki, qurum xüsusilə daha həssas ölkələrə və strateji əhəmiyyət daşıyan sahələrə diqqət yetirir:
“Biz üzv ölkələrin ehtiyaclarına uyğun fəaliyyət göstəririk. Hazırda əsas tələbat enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi sahələrində cəmlənib”.

Əl-Aama qeyd edib ki, ITFC bazarlardan əlavə resurslar cəlb etməklə maliyyə imkanlarını genişləndirir:
“ITFC-nin ayırdığı hər 1 dollar maliyyə üçün tərəfdaşlarımızdan təxminən 2 dollar əlavə resurs cəlb edə bilirik. Bu isə imkanlarımızı balansımızdan daha geniş şəkildə artırır”.

Onun sözlərinə görə, 2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bu günədək ITFC-nin ümumi maliyyələşdirmə həcmi 96 milyard ABŞ dollarını keçib: “Ümid edirik ki, yaxın zamanda Misir, Banqladeş, Pakistan və digər üzv ölkələrlə əməkdaşlıq çərçivəsində 100 milyard dollarlıq həddi keçəcəyik”.

Əl-Aama bildirib ki, ITFC-nin əsas məqsədi ticarət, maliyyə və regional əlaqəliliyin gücləndirilməsi yolu ilə üzv ölkələrin iqtisadi inkişafına dəstək verməkdir.

Oxşar xəbərlər

ITFC: Azərbaycanda indiyədək 103 mln. dollarlıq maliyyələşdirmə etmişik
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
"Rabitabank"ın baş icraçı direktoru: İslam maliyyəsi banklar üçün alternativ maliyyələşmə imkanları yaradır
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
ITFC indiyə qədər Azərbaycanda 103 milyon dollarlıq maliyyələşdirmə həyata keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər