Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb
sizinxeber.az xəbər saytı

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.

"Report" xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində "Frutti Aqro" MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər.

Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.

Oxşar xəbərlər

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Əlaqələndirmə Qərargahının üzvləri Xocavənddə təmir olunmuş fərdi evə baxış keçiriblər
Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər
Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb
Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərində təmir olunmuş fərdi evə baxış keçiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər