Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
sizinxeber.az xəbər saytı

Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"


Azərbaycan İslam İnkişaf Bankı (IsDB) Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub.

"Report" xəbər verir ki, bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) ​"Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq həmçinin üzv ölkələr arasında potensialın inkişafını və bilik mübadiləsini dəstəkləyən IsDB-nin "Tərs Əlaqə" (Reverse Linkage) proqramını da əhatə edir. Bu çərçivədə Azərbaycan pambıqçılığın inkişafı və su ehtiyatlarının idarə edilməsi, rəqəmsal transformasiya və dövlət xidmətlərinin göstərilməsi, qadınların maliyyə inklüzivliyi, kKeyfiyyətli infrastruktur kimi istiqamətlər üzrə təşəbbüslərə cəlb olunub.

Y.Abdullayev qeyd edib ki, hHazırda müzakirə olunan sahələr arasında infrastrukturun inkişafı, su ehtiyatlarının idarə edilməsi, suvarma, nəqliyyatla bağlı infrastruktur və kommunal xidmətlər üzrə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Bu istiqamətlər Azərbaycanın inkişaf prioritetlərini əks etdirir və resursların dayanıqlı idarə edilməsini, regional inkişafı və dövlət infrastrukturunun təkmilləşdirilməsini dəstəkləyən layihələrdə praktiki əməkdaşlıq imkanları yaradır".

Oxşar xəbərlər

ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
IsDB qrupunun Bakıdakı keçiriləcək illik toplantılarına hazırlıq müzakirə edilib
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər