Vitse-prezident: AIIB sərhədlərarası enerji mübadiləsi infrastrukturuna investisiyalarını artırır
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) sərhədlərarası enerji mübadiləsi infrastrukturuna yönəlik investisiyalarını ardıcıl olaraq artırır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə AIIB-in vitse-prezidenti Şerard Kuper-Kols (Sherard Cowper-Coles) Bakı şəhərində təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun llik Toplantıları çərçivəsindəki panel müzakirələrində çıxışı zamanı deyib.
O qeyd edib ki, AIIB Mərkəzi və Cənub-Şərqi Asiya regionlarında mühüm layihələr reallaşdırır: "Biz ideyalar mübadiləsi həyata keçiririk, insanlar mübadiləsi aparırıq, mal mübadiləsi həyata keçiririk və enerji mübadiləsini də təmin etməliyik. Hamımız qarşılıqlı şəkildə bir-birimizlə əlaqəliyik və enerji bağlantıları son dərəcə böyük önəm daşıyır. Çünki məsələ yalnız elektrik enerjisinin istehsalı ilə məhdudlaşmır, eyni zamanda onun sərhədlər və regionlar arasında bütün bəşəriyyətin rifahı naminə ən optimal formada bölüşdürülməsindən ibarətdir. Məhz buna görə biz regional əlaqələndirmələrin faydalı olub-olmadığını deyil, onları hansı yollarla gerçəkləşdirəcəyimizi müzakirə etməliyik. AIIB bu prosesdə öz üzərinə düşən rolu yerinə yetirməkdən böyük qürur hissi duyur".
Ş. Kuper-Kolsun fikrincə, bu prosesdə vacib, lakin təkbaşına kifayət etməyən şərt siyasi liderlərin əlaqəliliyin əhəmiyyətini dərk edəcək qədər uzaqgörən olmalarıdır: "Tezlikləri doğru müəyyən edirsiniz, qaydaları doğru formalaşdırırsınız, ancaq bunlar ikinci dərəcəli məsələlərdir. Parçalanma meylləri güclənən bir dünyada, bəzi insanların ayrılığın birgə fəaliyyətdən üstün olduğuna inandığı bir mühitdə, bizim əlaqəlilik uğrunda, açıq regionalizm uğrunda mövqe tutduğumuzu anlamaq olduqca əhəmiyyətlidir. Bu mənim üçün həmişəkindən daha böyük önəm kəsb edir. Yalnız layihə hazırlamağın, parlaq ideyalar ortaya qoymağın təkbaşına faydası yoxdur. Söhbət potensialın formalaşdırılmasından, siyasi iradənin yaradılmasından, bunun ardıcıl qaydada tətbiq edilməsindən və prosesin sonunadək nəzarətdə saxlanmasından gedir".
Oxşar xəbərlər
Azərbaycan AIIB ilə strateji tərəfdaşlığının gücləndirilməsini müzakirə edib
AİİB Orta Dəhlizə investisiya qoymağa maraq göstərir
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb
AİİB Bakı Metropoliteninin inkişafı ilə bağlı layihələrdə iştirak edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
