Səməd Bəşirli: "Azərbaycan Orta Dəhlizin mərkəzində regional ticarət qovşağıdır"
Azərbaycan Orta Dəhlizin mərkəzində regional ticarət qovşağına çevrilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi" tədbirində bildirib.
Onun sözlərinə görə, regional ticarət inteqrasiyası Banka üzv ölkələrdə davamlı, inklüziv iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır: "Regionun böyük ticarət potensialına malik olmasına baxmayaraq, kiçik və orta sahibkarlıq subyektləri hələ də bir sıra struktur məhdudiyyətlərlə üzləşirlər. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan üzv ölkələr arasında unikal coğrafi mövqeyə malikdir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və daha geniş beynəlxalq bazarlar arasında təbii körpü rolunu oynayır. Daxili bazarının həcmini aşan imkanlar təqdim edən Azərbaycan regional bağlantı və iqtisadi əməkdaşlıq üçün strateji platformaya çevrilib.
Orta Dəhlizin əsas iştirakçılarından biri olan Azərbaycan Şərqlə Qərbi kommersiya baxımından səmərəli, effektiv və getdikcə daha dayanıqlı marşrutlar vasitəsilə birləşdirən yeni ticarət və nəqliyyat arxitekturasının mərkəzində yer alır. Nəqliyyat infrastrukturuna, logistika mərkəzlərinə, limanlara, dəmir yollarına və rəqəmsal bağlantıya yatırılan iri həcmli investisiyalar Azərbaycanın regional tranzit və ticarət qovşağı kimi mövqeyini daha da gücləndirib", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, Azərbaycan regional inteqrasiyanın gücləndirilməsində fəal rol oynayır: "Ölkəmizin regional inteqrasiyadakı rolu yalnız nəqliyyat əlaqələri ilə məhdudlaşmır. Bir sıra beynəlxalq təşkilatların fəal üzvü olan Azərbaycan üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin asanlaşdırılması və davamlı inkişafın təşviqinə yönəlmiş təşəbbüsləri ardıcıl şəkildə dəstəkləyir. Bu tərəfdaşlıqlar siyasət çərçivələrinin uyğunlaşdırılması, investisiya cəlb edilməsi, region üzrə kommersiya əlaqələrinin dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Bu baxımdan, ticarət və maliyyə məsələlərinə ayrı-ayrılıqda yanaşmaq düzgün olmazdı. Ticarət, investisiya əlaqələri və iqtisadi əməkdaşlıq regional inkişafın bir-birini tamamlayan əsas sütunlarıdır. Ticarətin maliyyələşdirilməsi infrastruktur, logistika, rəqəmsal platformalar və məhsuldar sektorlara yatırımlarla birləşdirildikdə, regional inteqrasiyanın və özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər".
Oxşar xəbərlər
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
İdrissa Dia: "Orta Dəhliz və Bakı Limanı gənclər üçün imkanlara aparan yoldur"
Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"
Anar Kərimov: "Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq"
Səməd Bəşirli: "Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
