İrakli Kobaxidze: Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır
Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bu ölkədəki nümayəndəliyinin yeni rəhbəri Coanna Bartonla görüşə bildirib.
"Gürcüstanda indiyədək müharibə zamanı 334 itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Bununla yanaşı, 1 835 nəfər hələ də itkin düşmüş hesab olunur", - o qeyd edib.
İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan hökuməti bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir:
"Eyni zamanda, BQXK itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək göstərilməsi istiqamətində mühüm rol oynayır".
Oxşar xəbərlər
İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
Bakıda 20 gündür itkin düşmüş şəxsin öldüyü məlum olub
Moldovanın sabiq Baş naziri: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşməsinə yüksək dəstək verilməlidir
Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb
DTX rəisi: Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında hələ də qeyri-konstruktiv mövqe sərgiləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
