Britaniya səfiri Gürcüstan XİN-ə dəvət olunub
sizinxeber.az xəbər saytı

Britaniya səfiri Gürcüstan XİN-ə dəvət olunub


Böyük Britaniya səfiri Haret Uord Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda bildirilib.

Xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili və səfir arasında keçirilmiş görüşdə Gürcüstanın beynəlxalq sanksiya rejimlərinə riayət etməsi məsələsi müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstanın beynəlxalq sanksiyaları pozması ilə bağlı bir faktın olmaması və Gürcüstan hakimiyyətinin beynəlxalq tərəfdaşlarla hərtərəfli əməkdaşlıq etməsi nəzərə alınmaqla məsələ ilə bağlı davamlı spekulyasiyalar hələ də qeyri-müəyyən olaraq qalır.

XİN Britaniya səfirliyinin yaydığı bəyanatda sanksiya tətbiq edilən “SILVAR” gəmisi ilə bağlı Gürcüstana xüsusi diqqət yetirilməsindən narahatlıq ifadə edib. Vurğulanıb ki, bu, yanlış təsəvvürləri gücləndirir və Gürcüstanın maraqlarını qəsdən pozmağa xidmət edir.

Qeyd edək ki, ötən gün Böyük Britaniya səfirliyi ölkənin Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdiyi barədə məlumat yayıb. Qeyd olunub ki, paketə ilin əvvəlində Gürcüstan limanında olan "SILVAR" gəmisi də daxil edilib. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyindən bildirilib ki, adıçəkilən gəmi Gürcüstan limanına ona qarşı beynəlxalq sanksiyanın tətbiq edilmədiyi dövrdə daxil olub.

Oxşar xəbərlər

Britaniya Gürcüstanın Baş prokuroruna sanksiya tətbiq edib
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb
Kobaxidze ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN rəhbərini özünə müavin təyin edib
Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər