Adil Vəliyev: "Kitabxana işi haqqında" qanun bugünkü tələblərə cavab vermir
Azərbaycanda 1998-ci ildə qəbul edilmiş "Kitabxana işi haqqında" qanun bugünkü zamanın tələblərinə cavab vermir, mütləq şəkildə yenilənməlidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, qanunun qəbul edilməsindən 28 il vaxt keçib, bu mənada, yeni mexanizm zəruridir:
"Şübhəsiz, yeni qanunvericilik hazırlamaq lazım deyil. Çünki bu, müəyyən zaman alacaq. Ona görə də mütləq şəkildə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməlidir. İlk növbədə, hazırda qüvvədə olan qanuna iki əsas anlayış gətirilməlidir. Bunun biri elektron kitabxana anlayışıdır. Bu bizim qüvvədə olan qanunumuzda yoxdur. Digəri isə məsafədən xidmətdir. Virtual oxucu deyilən anlayış var, o, bu gün kitabxanaya getmədən distant olaraq kitabxana materiallarından istifadə edə bilməlidir".
Mədəniyyət naziri Adil Kərimli də öz növbəsində "Kitabxana işi haqqında" qanunun təlabata tam cavab vermədiyini bildirib:
"Qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi zəruridir və bu istiqamətdə təcili işə başlamalıyıq".
Oxşar xəbərlər
Adil Kərimli: Kitabxana sistemində peşəkarlığı sual altında olan şəxslər də fəaliyyət göstərir
Adil Kərimli: Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir
Kərim Tahirov: Ölkədə nəşr olunan kitabların heç 60 %-i Milli Kitabxanaya daxil olmur
Nazir müavini: Kitabxanaların 80 %-nin internetə çıxışı yoxdur - ƏLAVƏ OLUNUB
Adil Kərimli: Kitabxanalarda çalışan 1000-ə yaxın İT mütəxəssisi attestasiyadan keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
