Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"
sizinxeber.az xəbər saytı

Elnur Bağırov: "Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın əsas dəstək mexanizmlərindən biri olmalıdır"


Rəqabət siyasəti regional iqtisadi inteqrasiyanın fundamental dəstək mexanizmlərindən birinə çevrilməlidir.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil olunan "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələrində bildirib.

Agentlik sədrinin qeyd etdiyinə əsasən, regional inteqrasiya rəqabət siyasəti ilə eyni vaxtda inkişaf etdirildiyi təqdirdə bazarların liberallaşdırılması, bərabər rəqabət mühitinin formalaşdırılması və iqtisadi effektivliyin yüksəldilməsi reallaşa bilər:

"Rəqabət siyasəti həm inteqrasiyanı dəstəkləyən inkişaf vasitəsi, həm də bu prosesə təkan verən hərəkətverici qüvvə rolunu oynamalıdır. İnteqrasiya bazarları genişləndirirsə, rəqabət siyasəti həmin bazarların səmərəli işləməsini təmin etməlidir. Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi rəqabət siyasətinin əhəmiyyətini artırır".

E. Bağırov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin rəqabət orqanları arasında müntəzəm əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır: "Regional inteqrasiya prosesinin çağırışlarına nəticəli cavab vermək məqsədilə rəqabət qurumları arasındakı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi labüddür. Bu kontekstdə qarşılıqlı kommunikasiya kanallarının qurulması, müntəzəm müzakirələrin həyata keçirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və strateji istiqamətlər üzrə birgə bazar tədqiqatlarının aparılması xüsusi önəm daşıyır".

Oxşar xəbərlər

Elnur Bağırov: "Transmilli korporasiyaların güclənməsi rəqabət siyasətini yenidən formalaşdırır"
Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Merey Mukajan: "TDT-yə üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələri mövcud potensiala uyğun deyil"
Azərbaycan rəqabət sahəsində təcrübəsini beynəlxalq tədbirdə bölüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər