Azərbaycan karateçisi İrina Zaretska: "Yalnız daimi zəhmətlə yaxşı nəticələrə nail oluram"
Mərakeşin paytaxtı Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanan Azərbaycan millisinin üzvü İrina Zaretska yalnız daimi zəhmətlə yaxşı nəticələrə nail olur.
30 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.
O, turnirin qalibi olması ilə bağlı fikirlərini bölüşüb:
"Bu, 2026-cı ildə yarışın seriyasının final mərhələsi idi. Premyer Liqada 14-cü qızıl medalımı qazandım. Bu isə indiyədək ən yüksək göstəricilərdən biridir. 1/4 finalda Misir təmsilçisi Feryal Abdelaziz ilə qarşılaşdım. Onunla Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında üz-üzə gəlmişdik. Bu dəfə özüməməxsus fırlanma zərbə ilə onu məğlub etdim. Fəxri kürsünün birinci pilləsində yer aldığım üçün sevinirəm. Bu, cari mövsümdə qazandığım dördüncü medaldır. Yalnız daimi zəhmətlə buna nail oluram".
Tokio-2020 olimpiadasının gümüş mükafatçısı ona dəstək olanlara minnətdarlığını bildirib söyləyib:
"Hazırlığıma davamlı dəstək olduqları üçün məşqçim Yaşar Bəşirova və federasiya prezidenti Ülvi Quliyevə təşəkkür etmək istəyirəm. Qarşıda komandamızı Dünya Kuboku gözləyir. İlk dəfə qadın komandamız bu yarışa qatılacaq. Mən bununla qürur duyuram".
Oxşar xəbərlər
İrina Zaretska Premyer Liqada üçüncü olub
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi: "Dünya Oyunlarında qazandığım medal hər şeyi bacardığımın sübutudur"
Azərbaycan karateçisi İrina Zaretska: "Yenidən zirvədə olmaq mənə böyük zövq verir"
İrina Zaretska: "İlk dəfə qarışıq komanda üzrə Dünya Kubokunda iştirak etmək istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Zaqatalada maşın aşıb, ölən var
