Seymur Səfərli: "Xaçmaz və Şabran buğda istehsalının inkişafı üzrə hədəf rayonlar siyahısına daxil edilib"
sizinxeber.az xəbər saytı

Seymur Səfərli: "Xaçmaz və Şabran buğda istehsalının inkişafı üzrə hədəf rayonlar siyahısına daxil edilib"


Xaçmaz və Şabran rayonları buğda istehsalının inkişafı istiqamətində müəyyənləşdirilmiş 22 hədəf rayonun sırasına daxil edilib.

"Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.

Nazir müavininin açıqlamasına görə, adıçəkilən rayonlarda əsas hədəf suvarılan taxıl əkin sahələrində məhsuldarlığın yüksəldilməsi, su təchizatının təkmilləşdirilməsi, torpaqların lazer texnologiyası ilə hamarlanması, müasir suvarma sistemlərinin istifadəyə verilməsi və yüksək reproduksiyalı toxum materiallarından istifadənin genişləndirilməsindən ibarətdir.

"Qusar rayonu isə buğda istehsalının inkişafı üzrə müəyyənləşdirilmiş 8 perspektiv rayonun siyahısında yer alır. Su təchizatı və meliorasiya infrastrukturunun yaxşılaşdırılması ilə paralel olaraq rayonda yüksək məhsuldar taxıl istehsalının genişlənməsi üçün yeni imkanlar formalaşacaq. Abşeron, Xızı, Quba və Siyəzən rayonları isə dəmyə əkinçiliyi üzrə müəyyənləşdirilmiş 31 rayonun sırasına daxildir. Bu rayonlarda aqrotexniki qulluq tədbirlərinin keyfiyyətinin artırılması hesabına məhsuldarlığın yüksəldilməsi nəzərdə tutulub. Dövlət Proqramına uyğun olaraq, hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə əkinçiliyi rayonlarında isə 30 sentnerə çatdırılması planlaşdırılır", - S. Səfərli qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib
Məcnun Məmmədov: "Ərzaqlıq buğda istehsalının məhsuldarlığı 5 tona çatdırılacaq" - EKSKLÜZİV
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər