TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb.
"Report"un Qırğızıstan Milli Bankına istinadən verdiyi məlumata görə, memorandumu qurumun sədri Melis Turqunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.
“TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasına yönəlib”, - məlumatda bildirilib.
Oxşar xəbərlər
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
