Azərbaycanın olimpiya çempionları DÇ-2026-da hansı komandalara azarkeşlik edəcəklər? – SORĞU
Azərbaycanın olimpiya çempionları bir neçə gündən sonra start götürəcək DÇ-2026-da azarkeşlik edəcəkləri və çempion olacağını proqnozlaşdırdıqları komandaların adlarını açıqlayıblar.
Onlar bunu "Report"un sorğusuna cavab olaraq bildiriblər.
Fərid Mansurov (Milli Olimpiya Komitəsinin vitse-prezidenti): "Braziliya və Argentina azarkeşlik etdiyim yığmalardır. Ancaq düşünürəm ki, Fransanın çempion olmaq şansı böyükdür. Çünki bu komanda çox güclü heyətə malikdir".
Zemfira Meftahətdinova (Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri): "Nəvəm futbolu çox sevir və Portuqaliya millisinin azarkeşidir. Bu səbəbdən mən də Portuqaliya yığmasının çempion olmasını istəyirəm".
Elnur Məmmədli (Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti): "Uzun müddətdir İspaniya yığmasına, həmçinin "Barselona" klubuna azarkeşlik edirəm. Bilirsiniz ki, "Barselona"nın 8 futbolçusu İspaniya yığmasında oynayır. Düzdür, Argentina, Braziliya kimi komandalar da dünya çempionatında iştirak edir. Lionel Messi kifayət qədər nüfuzlu idmançıdır. "Barselona"nı da məhz Messiyə görə sevmişəm. Amma indi o, yaşlanıb. İnanıram ki, 90 dəqiqə oynamayacaq. İspaniya komandası isə gənc futbolçulardan təşkil olunub. Həmçinin Braziliya millisinin də yaxşı gənc futbolçuları var. Ümumiyyətlə, bu gün futbolda Lamin Yamal, Rafinya kimi keyfiyyətli oyunçular var. İstənilən halda, azarkeşlik etdiyim İspaniyanın çempion olacağına inanıram".
Toğrul Əsgərov (Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi): "Fransa və İspaniyanı favorit görürəm. Bu komandaların finalda və ya yarımfinalda üz-üzə gələcəyini gözləyirəm. Həmişə İspaniya yığmasına, klublardan isə "Qalatasaray" və "Barselona"ya azarkeşlik etmişəm. Bu yarışda da İspaniyanın çempionluğuna inanıram".
Zelim Kotsoyev (cüdoçu): "İspaniya yığmasına azarkeşlik edirəm. Elə bu komandanın da çempion olacağını düşünürəm".
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.
Oxşar xəbərlər
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi və vitse-prezidentləri seçilib
Milli Olimpiya Komitəsinin vitse-prezidenti qanvermə aksiyasını böyük hadisə adlandırıb
Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirilib
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb
Hacı Əliyev: "Çempion olmaq və Azərbaycan bayrağını yüksəklərə qaldırmaq gözəl hisslərdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
