09
in
2026
11:00
yuxarı
İspaniya və İngiltərə klubları Niderland millisinin futbolçusu Kodi Qakpo ilə maraqlanır
İspaniya və İngiltərə klubları Niderland millisinin futbolçusu Kodi Qakpo ilə maraqlanır
İspaniyanın "Atletiko", İngiltərənin "Tottenhem" və "Aston Villa" klubları Niderland millisinin futbolçusu Kodi Qakpo ilə maraqlanır.
"Sizinxeber.az" "TEAMtalk"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi əsas heyətdəki yerini itirəcəyi təqdirdə, "Liverpul"dan ayrılmağa hazırdır.
Mersisayd təmsilçisi bu mövqeyə Almaniyanın "Leyptsiq" komandasında çıxış edən Yann Diomandenin transferini nəzərdən keçirir.
Xatırladaq ki, Kodi Qakponun "Liverpul"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, başa çatan mövsümdə 52 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
