Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
sizinxeber.az xəbər saytı

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək


Azercell-in dəstəyi ilə gənclər “RobotChallenge” beynəlxalq yarışında mübarizə aparacaqlar

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan “RobotChallenge”-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. “RobotChallenge Azerbaijan 2026” Bakı Kristal Zalında baş tutacaq.

Əsası Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərək beynəlxalq miqyasda genişləndirilmiş “RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsi üçün beynəlxalq platformadır. Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verəcək.

Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

“RobotChallenge Azerbaijan 2026” haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.

Oxşar xəbərlər

"RobotChallenge 2026" beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb
"Azercell" Beynəlxalq Müsabiqənin telekommunikasiya tərəfdaşı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər