Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
sizinxeber.az xəbər saytı

Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar


Azercell Cup 2024 proqramlaşdırma müsabiqəsinin qalibləri üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri başlayıb. İnformatika üzrə biliklərinin gücləndirilməsi məqsədilə ümumtəhsil müəssisələrinin 6-cı və 7-ci sinif şagirdləri hazırlıq proqamına cəlb olunublar.

Onlayn formatda keçirilən dərslər informatika sahəsində xüsusi istedadlı şagirdlərin müəyyənləşdirilməsinə yönəlib. Proqram məktəblilərimizin növbəti olimpiadalarda ölkəmizi uğurla təmsil etmələri üçün lazımi biliklərin təqdim olunması məqsədini daşıyır.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi uğurla həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə keçirilən proqramlaşdırma olimpiadalarında ümumilikdə 80 medal qazanıb.

Oxşar xəbərlər

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər daha 3 medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər